Ayın səthindən gətirilən süxurların tədqiqi zamanı ilk dəfə onlarda hidrogenin olduğunu aşkar edilib.
Modern.az xəbər verir ki, bu qənaətə ABŞ Dəniz Tədqiqat Laboratoriyasının (DTL) alimləri gəlib.
Mütəxəssislər NASA-dan alınan Ay minerallarının nümunələrini təhlil ediblər.
Tədqiqatçılar nümunələrdən birində ilk dəfə hidrogen kəşf ediblər.
“Hidrogen birbaşa Ay səthində istifadə oluna bilən bir mənbə olmaq potensialına malikdir”, - tədqiqatın aparıcı müəllifi Katerine Burqess söyləyib.