Modern.az

Bu gün 39 fələstinli İsrail həbsxanalarından azad ediləcək

Bu gün 39 fələstinli İsrail həbsxanalarından azad ediləcək

24 Noyabr 2023, 08:06

İsrail HƏMAS ilə razılaşma çərçivəsində noyabrın 24-də 39 məhbusu azad edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.

 

Mənbə bildirib ki, azadlığa buraxılan məhkumlar arasında yaşı 18-dən az olan qadınlar və kişilər də olacaq.

 

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı qısamüddətli atəşkəsdən sonra bərpa olunacaq və İsrail ordusu dərhal intensiv döyüş əməliyyatlarına başlayacaq. O əlavə edib ki, döyüşlər ən azı daha iki ay davam edəcək. Dörd günlük atəşkəs noyabrın 24-ü səhər saatlarında başlayacaq. Bu müddət ərzində 50 israilli girov azad edilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!