Modern.az

Almaniya Ukraynaya daha bir "Patriot" sistemi yerləşdirəcək

Almaniya Ukraynaya daha bir

Dünya

24 Noyabr 2023, 14:00

Almaniyadan daha bir Patriot hava hücumundan müdafiə sistemi Ukraynada yerləşdiriləcək.


Modern.az xəbər verir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer "Ukrinform"a müsahibəsində deyib.

 

O bildirib ki, qış aylarında yerləşdirmə həyata keçiriləcək.

 

"Qışda vəziyyət indi çox çətinləşə bilər. Ukrayna tərəfi bu vəziyyətə hazırlaşmaq üçün əlindən gələni edib və biz hazırlıqlara kömək etdik. Artıq hava hücumundan müdafiə dəstəyimizdən danışmışam. Sözügedən IRIS-T sistemlərindən əlavə, qışda burada Almaniyadan daha bir "Patriot" sistemi yerləşdiriləcək”, - diplomat bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi