Modern.az

Samvel Babayan da dindiriləcək

Samvel Babayan da dindiriləcək

Dünya

27 Noyabr 2023, 13:52

Qarabağda özünü buraxmış qondarma qurumun sabiq "TŞ katibi" Samvel Babayan dindiriləcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o,  44 günlük müharibə üzrə araşdırma aparan parlament komissiyasının toplantısına dəvət olunub.

 

Toplantının 29 noyabr tarixində keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 3 dekabrdan komissiyanın səlahiyyət müddəti başa çatır.

 

Bu vaxta kimi Ermənistan baş naziri Nikol Paşinyan, separatçıların keçmiş "prezident"i Samvel Şahramanyan və digər şəxslər komissiya tərəfindən dindirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama