"Hazırkı beynəlxalq vəziyyət öz etibarsızlığına görə soyuq müharibə dövrü ilə müqayisə edilə bilər".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Sergey Lavrov Primakov oxunuşları forumunda çıxışı zamanı deyib.
Nazir Qərbi tənqid edib.
"2024-cü il yanvarın 1-də yeni üzvlərin gəlişi və onların assosiasiyada tam iştirakına başlaması ilə BRİKS-in Yeddilik Qrupu qarşısında üstünlüyü xeyli artacaq", - o belə söyləyib.