Modern.az

NATO və müttəfiqləri Kiyevi dəstəkləməyə davam edəcək

NATO və müttəfiqləri Kiyevi dəstəkləməyə davam edəcək

Dünya

27 Noyabr 2023, 17:06

Ukrayna suveren Avropa dövləti kimi Rusiyanın təcavüzü ilə müharibədə qalib gəlir.


Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bu gün Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuat konfransı zamanı deyib.

 

Baş katib bildirib ki, NATO və müttəfiqləri Kiyevi dəstəkləməyə davam edəcək.


Onun sözlərinə görə, Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə Ukrayna işğalçılar tərəfindən ələ keçirilən ərazilərin 50%-ni azad etməyə nail olub. Ölkə suveren Avropa dövləti kimi qalib gəlməkdə davam edir.


O, Ukraynanın öz azadlığı üçün cəsarətlə mübarizə apardığını və NATO müttəfiqlərinin ona lazımi dəstəyi göstərməyə davam edəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok