Modern.az

Qaribaşvili Arayik Arutyunyanla GÖRÜŞDÜ

Qaribaşvili Arayik Arutyunyanla GÖRÜŞDÜ

28 Noyabr 2023, 15:24

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutyunyanla görüşüb.

 

Modern.az xəbər verir ki, buu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, strateji məsələlər üzrə yüksək səviyyəli dialoqun təkcə Gürcüstan və Ermənistana deyil, bütün regiona fayda verəcəyi qeyd edilib.

 

Regionda sülhün və sabitliyin dəstəklənməsinin zəruriliyindən danışan baş nazir Gürcüstanın regionda sülhün və sabitliyin bərpasına yönəlmiş istənilən konstruktiv prosesi dəstəkləməyə açıq olduğunu vurğulayıb.

 

Görüşdə iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinə diqqət yetirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi