Modern.az

Danimarkadakı ukraynalı qaçqınların yarısı ölkəsinə qayıtmağı düşünmür

Danimarkadakı ukraynalı qaçqınların yarısı ölkəsinə qayıtmağı düşünmür

Dünya

28 Noyabr 2023, 15:40

Danimarkadakı hər ikinci ukraynalı qaçqın müharibə bitdikdən sonra da bu ölkədə qalmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə “PPH Post” nəşri aparılan araşdırmaya istinadən məlumat yayıb.

 

Kopenhagen Universitetinin tədqiqatının müəllifi belə nəticələr görəcəyini gözləmədiyini və təəccübləndiyini vurğulayıb. Onun sözlərinə görə, bir çox ukraynalı artıq Danimarkada yeni həyat qurub və “cəmiyyətdə kök salıb”.

 

"Düşünmək olardı ki, ən firavan, enerjili və gələcəyə nikbin baxanlar Ukraynaya qayıtmaq və onun bərpasında iştirak etmək istəyərlər. Təbii ki, bəziləri üçün bu, tam olaraq belədir", - o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi