Modern.az

Rusiyada COVID-19-a yoluxma ARTIB

Rusiyada COVID-19-a yoluxma ARTIB

Dünya

28 Noyabr 2023, 17:50

Rusiyada COVID-19 virusuna yoluxma həftə ərzində 32,8 faiz artıb. Bu ölkədə xəstəxanalara yerləşdirilmə sayı 25,3 faiz çoxalıb.

 

Modern.az TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasında COVID-19 virusuna yoluxma ötən həftə ərzində 32,8 faiz artıb, xəstəxanalara yerləşdirilmə sayında isə 25,3 faiz çoxalma müşahidə edilib.

 

Bu barədə jurnalistlərə İnfeksiya ilə mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.

 

Xəstəxanalara yerləşdirilmə sayının artması ölkənin 66 subyektində, xəstəliyə yoluxma halı isə 79 regionda qeydə alınıb.

 

Federal qərargahın məlumatına əsasən, həftə ərzində 54 797 nəfər bu virusun yaydığı xəstəlikdən sağalıb ki, bu da ötən həftələrlə müqayisədə 37,9 faiz çoxdur. Bununla yanaşı, 90 nəfər koronavirusdan vəfat edib.

 

“Rospotrebnadzor”un məlumatına əsasən, 2023-cü ilin 47-ci həftəsinin yekunlarına görə, Rusiyada 79 min COVID-19 virusuna yoluxma hadisəsi qeydə alınıb.

 

Qeyd edək ki, yeni tipli COVID-19 pnevmoniyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başlayıb. 2019-cu il dekabrın 31-də Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin ediblər. Virus şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70 faiz genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur.

 

ÜST 2019-cu ilin fevral ayının 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi