Modern.az

Atəşkəs daha iki gün uzadıla bilər 

Atəşkəs daha iki gün uzadıla bilər 

Dünya

28 Noyabr 2023, 18:43

HƏMAS hərəkatı Qəzza sektorunda humanitar atəşkəsin daha iki gün müddətinə uzadıla biləcəyini deyib.

 

Modern.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın sosial media hesabında yerləşdirilib.

 

Məlumata görə, İsrail həbsxanalarında saxlanılan 50 fələstinli qadının adı azad ediləcək məhbusların siyahısına əlavə olunub. Siyahı yaxın saatlarda təsdiqlənəcək və humanitar atəşkəsə dair razılaşma daha iki gün uzadılacaq.

 

Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə əldə edilən dörd günlük atəşkəs çərçivəsində İsrail və HƏMAS arasında əsir mübadiləsi aparılıb. İsrail azad ediləcək hər 10 girova görə atəşkəs rejimini daha bir gün uzatmağa hazır olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi