Modern.az

30 fələstinli məhbus sərbəst buraxılacaq

30 fələstinli məhbus sərbəst buraxılacaq

28 Noyabr 2023, 23:51

İsrail tərəfi Qəzza zolağında humanitar atəşkəsə dair radikal HƏMAS hərəkatı ilə əldə olunan razılaşma çərçivəsində noyabrın 28-də daha 30 fələstinli məhbusu azad edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkə hesabında bildirib.

 

“Humanitar atəşkəs sazişinin beşinci günündə götürülmüş öhdəliklərin yerinə yetirilməsi çərçivəsində Qəzzada saxlanılan 10 israilli girovun azad edilməsi müqabilində 30 mülki fələstinli bu gün azad ediləcək”, - deyə əl-Ənsari yazıb.

 

O qeyd edib ki, azad ediləcək fələstinli məhbusların beşinci qrupuna 15 qadın, o cümlədən 15 uşaq və yeniyetmə daxildir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi