Modern.az

HƏMAS daha bir qrup girovu azad etdi

HƏMAS daha bir qrup girovu azad etdi

Dünya

28 Noyabr 2023, 22:24

HƏMAS qruplaşması daha bir qrup israilli girovu Qırmızı Xaç işçilərinə təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Misir rəsmilərinə istinadən yazıb.

 

Yerli mətbuatın məlumatına görə, buraxılan girovların sayı 10 nəfərdir.

 

Bu gün, noyabrın 28-də müvəqqəti atəşkəs sazişinin müddətinin uzadılmasına dair razılaşma qüvvəyə minib. Şərtlərə görə, HƏMAS 60 fələstinli məhbus müqabilində 28 və 29 noyabrda 20 nəfəri azad etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi