Modern.az

Ərdoğan komandasını toplayır - Zəngəzur dəhlizi gündəmdədir

Ərdoğan komandasını toplayır - Zəngəzur dəhlizi gündəmdədir

Dünya

29 Noyabr 2023, 09:16

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, şuranın iclasına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.

 

İlin sonuncu iclasında Qəzzada son vəziyyət, Fələstinə humanitar yardımın çatdırılması, Cənubi Qafqazdakı vəziyyət, terrorla mübarizə əməliyyatları müzakirə olunacaq.

 

Ərdoğan komandası ilə Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti dəyərləndirəcək.

 

Görüşdə ölkə daxilində və sərhəddə qətiyyətlə həyata keçirilən terrorla mübarizə əməliyyatları hərtərəfli müzakirə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi