Modern.az

Ukrayna Aİ-yə üzvlük danışıqları üçün bütün tələbləri yerinə yetirib - Leyen

Ukrayna Aİ-yə üzvlük danışıqları üçün bütün tələbləri yerinə yetirib - Leyen

Dünya

29 Noyabr 2023, 11:32

"Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün demək olar ki, bütün tələbləri yerinə yetirib".

 

Modern.az "Politico"ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

 

O, Ukraynanın apardığı islahatları dərin və təsirli adlandırıb. Nəşr yazıb ki, Avropa Komissiyasının rəhbəri Qərbin Ukraynadan yorulması ilə də razılaşmır.

 

Leyen vurğulayıb ki, Aİ Ukraynanı hələ də dəstəkləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi