Modern.az

Rusiyaya idxal problemini həmkarlarla müzakirə edəcəyik - Erməni nazir

Rusiyaya idxal problemini həmkarlarla müzakirə edəcəyik - Erməni nazir

Dünya

29 Noyabr 2023, 13:52

"Ermənistan və Rusiya Federasiyasının nümayəndələri bu həftə Avrasiya İqtisadi Komissiyası çərçivəsində Ermənistan məhsullarının Rusiyaya idxalı ilə bağlı problemi müzakirə edəcəklər".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan parlamentdə bildirib.

 

"Rosselxoznadzor"un Ermənistanın bitkiçilik məhsullarının tədarükündə pozuntular barədə dərc etdiyi məlumat yerli hakimiyyət orqanları tərəfindən yoxlanılır", - o əlavə edib.

 

Qeyd edək ki, Ermənistan mənşəli yük maşınları bir neçə gündür, Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars yolunda fitosanitar normaların pozulması əsas gətirilərək gözlədilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama