Londonda Ermənistan və Böyük Britaniyanın Müdafiə Nazirlikləri arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planı imzalanıb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Ermənistan tərəfdən Levon Ayvazyan və Britaniya tərəfdən David Morqanın qatıldığı imzalama mərasimində tərəflər Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər.
Rəsmilər hərbi sahədə təmasların gücləndirilməsi barədə razılığa gəliblər. Qeyd olunub ki, nümayəndələrin növbəti görüşü İrəvanda keçiriləcək.