Modern.az

F-16-lar vəziyyəti kökündən dəyişməyəcək - Stoltenberq

F-16-lar vəziyyəti kökündən dəyişməyəcək - Stoltenberq

Dünya

29 Noyabr 2023, 16:30

F-16-ların Ukraynaya tədarükü cəbhədəki vəziyyəti kökündən dəyişməyəcək.


Modern.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində iclasının yekunlarına dair mətbuat konfransında deyib.


Onun sözlərinə görə, bu təyyarələrin Kiyevə tədarükü Rusiya ordusuna itkilər verməyə kömək edəcək, lakin onlar özlüyündə bütün problemləri həll edə və cəbhədəki vəziyyəti kökündən dəyişə biləcək “gümüş güllələr” deyillər.

 

Eyni zamanda, baş katib Kiyevin bu təyyarələri nə vaxt alacağı ilə bağlı konkret müddət deyə bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok