Modern.az

Zelenski ilə Zalujnı arasında ziddiyyət açıq müstəviyə keçib

Zelenski ilə Zalujnı arasında ziddiyyət açıq müstəviyə keçib

Dünya

30 Noyabr 2023, 14:50

Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında yayda başlayan ziddiyyətlər açıq qarşıdurma sərhədini keçib.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri yazıb.


Adı çəkilən jurnal Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı əks-hücumunun və Zelenski ilə Zalujnı arasındakı münasibətlərin “dəhşətli dərəcədə pis” getdiyini qeyd edib.

“Bu qarşıdurmanı proqnozlaşdırmaq olardı, çünki həm Ukrayna rəsmilərinin, həm də Qərbin böyük ümidlər bəslədiyi əks-hücum əməliyyatı plan üzrə getmədi, uğursuz oldu. Zelenskinin komandasının fikrincə, Zalujnı prezidentin nikbin bəyanatlarına zidd açıqlamalar verəndən sonra vəziyyət daha da pisləşib. Hazırda prezident və ordunun baş komandanı bir-birini ittiham edir, əks-hücumun uğursuzluğuna görə məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar, - “The Economist” yazıb.

Jurnal qeyd edib ki, Zelenski gələn il seçki keçirməkdən imtina edir, görünür, Zalujnı ilə rəqabətdən qorxur.

“Sorğulara görə, ukraynalıların 32 faizindən çoxu Zelenskiyə inanır. Zalujnıya  etimad səsi isə 70 faizə çatıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi