Modern.az

Koronavirusa yoluxma kəskin artır

Koronavirusa yoluxma kəskin artır

Dünya

30 Noyabr 2023, 19:18

İtaliyada COVID-19 infeksiyasına yoluxma halları kəskin artmaqdadır.

 

Modern.az xəbər verir ki, koronavirusun “Omikron” ştamının alt variantı olan EG.5 (digər adı “Eris”) İtaliyada sürətlə yayılır. Hazırda ölkədə bu virusa yoluxma 52 faiz səviyyəsindədir. İtaliyada COVID-in BA.2.86 “Pirola” ştamı yüksəliş trendində “Eris”i izləyir.

 

COVID-19 mutasiyaya uğrayaraq əvvəlkilərdən daha təhlükəli “Eris” və “Pirola” kimi yeni ştamların yaranmasına səbəb olub.

 

Həkimlər bildirir ki, “Eris” İtaliyada ən çox yayılmış COVID variantıdır. Xəstəliyin yayılma səbəblərindən biri havaların soyumasıdır. Yoluxma hallarının artması xroniki xəstələrə ölümcül təsir göstərə bilər. Əhaliyə qoruyucu maskadan istifadə etmək tövsiyə olunur.

 

Qeyd edək ki, 2020-ci il dekabrından etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində İtaliyada bu vaxtadək 145,1 milyon dozadan çox peyvənd vurulub. 2023/2024 payız-qış mövsümündə isə 857 min 931 doza peyvənd tətbiq edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi