Modern.az

Rusiya qoşunlarını ərazilərimizdən çıxarsın! - NAZİR

Rusiya qoşunlarını ərazilərimizdən çıxarsın! - NAZİR

Dünya

1 Dekabr 2023, 00:50

Moldovanın xarici işlər naziri Niku Popesku Rumıniya, İspaniya, Çexiya, Danimarka və Fransanın xarici işlər nazirləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Newsmaker" nəşri yazıb.

 

Görüş Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutub.

 

XİN başçıları Moldovanın Avropa İttifaqına inteqrasiyası məsələsini müzakirə ediblər.

 

Moldovanın xarici işlər naziri həmçinin bildirib ki, Rusiya öz qoşunlarını Dnestryanı bölgədən çıxarmalıdır. "Bu, Dnestryanı münaqişənin sülh yolu ilə həlli üçün əlverişli şərait yaradacaq", - Niku Popesku vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi