Modern.az

Avropa neofaşizm kabusu: ifrat sağçılar necə güclənir...

Avropa neofaşizm kabusu: ifrat sağçılar necə güclənir...

Dünya

2 Dekabr 2023, 18:30

İsrail-Fələstin müharibəsinin başlanmasından sonra Avropa hökumətləri iki təhlükənin artacağı barədə xəbərdarlıq ediblər: islamçı ekstremizm və antisemitizm. Məsələn, Almaniya rəsmiləri cihadçıların hücum təhlükəsinin əvvəlki illərlə müqayisədə daha da artdığını bildirirlər.

 

Lakin Avropa küçələrində və internetdə baş verənlərə nəzər saldıqda mütəşəkkil zorakılıqla müşayiət olunan ifrat sağ təhlükəsini görməzdən gəlmək mümkün deyil.

 

Nümunə üçün deyə bilərik ki, ötən ay ifrat sağçılar Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində Fələstinə dəstək üçün keçirilən dinc yürüşü pozmağa cəhd ediblər. İspaniyada isə Kataloniyanın həbsdə olan liderlərinə amnistiya verilməsi təkliflərinə qarşı keçirilən etirazlar ifrat sağçı qruplar üçün fürsət olub.

 

Bir müddət əvvəl Fransanın cənub-şərqində yerləşən bölgələrin birində gənc oğlanın bıçaqlanması günlərlə etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Keçirilən aksiyaların əksəriyyətində ifrat sağçı qruplar, o cümlədən  “İdentitar” adlanan radikal millətçi hərəkatın bəzi nümayəndələri iştirak edib.

 

Yürüşlərdə ekstremistlərin olması kifayət qədər narahatedici olub. Belə ki, Fransa daxili işlər naziri Gerald Darmanin ekstremizmlə bağlı müşahidə siyahısında adı olan üç xüsusi ifrat sağçı qrupu qadağan etməyə çalışır.

 

İrlandiyada da ifrat sağçılar güclənib. Bu qrupları yaxından müşahidə edən ekspertlər məsələnin köklərinin dərinə getdiyini bildirirlər. Ekspertlər irqçi və faşist qrupların sığınacaq axtaranlara və immiqrantlara, xüsusən də ağdərili olmayanlara qarşı yönəlmiş şiddətli ritorikadan istifadə etdiyini və öz tərəfdarlarının sayını artırdıqlarını vurğulayırlar.

 

Qeyd edək ki, ifrat sağçı hərəkatlar müxtəlif mövzularda – transgender hüquqları, immiqrasiya, müsəlmanların cəmiyyətdəki yeri və ya COVID-19 nəzarət tədbirləri, peyvəndləmə kimi məsələlərdə radikal mövqe tuturlar və demokratik dövlətlərə təzyiq göstərirlər.

 

Nifrət və Ekstremizmə Qarşı Qlobal Layihənin həmtəsisçisi Heidi Beirixin fikrincə, "X" platforması ifrat sağçılar üçün sığınacaq halına çevrilib.

 

"Hər bir ifrat sağçı qruplar platformadan "Telegram" kimi tənzimlənməmiş sosial şəbəkədə olduğu kimi istifadə edə bilirlər",- o, "Euronews"a açıqlamasında deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi