Modern.az

İsrail Prezidenti ilk dəfə Qətər Əmiri ilə GÖRÜŞÜB

İsrail Prezidenti ilk dəfə Qətər Əmiri ilə GÖRÜŞÜB

Dünya

1 Dekabr 2023, 17:50

İsrail Prezidenti İsxaq Hersoq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 28-ci Tərəflər Konfransı (COP28) çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

 

Modern.az “Yedioth Ahronoth” qəzetinə istinadla xəbər verir ki, İsxaq Hersoq və Şeyx Təmim bin Həməd Al Tani uzun müddət söhbət ediblər. Bu, Qətər Əmiri ilə İsrail Prezidenti arasında ilk şəxsi görüş olub. Onların danışıqlarının təfərrüatları barədə məlumat verilmir.

 

“The Times of Israel” qəzeti tərəfindən dərc edilən fotoşəkildə siyasətçilərin əl sıxaraq görüşməsi diqqət çəkib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi