Modern.az

Helqa Şmidin səlahiyyət müddəti UZADILDI 

Helqa Şmidin səlahiyyət müddəti UZADILDI 

1 Dekabr 2023, 19:43

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlər təşkilatın baş katibi Helqa Şmidin səlahiyyət müddətinin uzadılmasına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani məlumat verib.

 

Təşkilatın milli azlıqlar üzrə ali komissarı Kayrat Abdrahmanovun, təşkilatın media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyronun və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) sədri Matteo Mekkakinin də səlahiyyət müddəti uzadılıb.

 

ATƏT ölkələri Maltanın 2024-cü il üçün sədrliyini təsdiqləyiblər.

 

Osmani ATƏT baş katibinin və təşkilatın üç rəsmisinin səlahiyyətlərinin nə qədər müddətə uzadılacağını dəqiqləşdirməyib. Şmidin səlahiyyətləri dekabrın 3-də başa çatıb.

 

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!