Modern.az

İsrail Qəzzaya 200-dən çox zərbə endirib

İsrail Qəzzaya 200-dən çox zərbə endirib

Dünya

1 Dekabr 2023, 20:11

Döyüş əməliyyatlarının bərpasından sonra İsrail ordusu Qəzza zolağına 200-dən çox zərbə endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında məlumat verilib.

 

Bildirilir ki, son bir neçə saat ərzində quru, hava və dəniz qüvvələri Qəzza zolağının şimalında və cənubunda Xan Yunis və Rəfah da daxil olmaqla terrorçu hədəflərə zərbələr endirib.

 

Məlumatda deyilir ki, İsrail ordusu HƏMAS-ın tunel şəbəkəsinə, atış məntəqələrinə və əməliyyat komandanlıq mərkəzlərinə zərbələr vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi