Modern.az

Ermənistanda "Pirola" aşkarlandı

Ermənistanda

Dünya

1 Dekabr 2023, 20:34

Ermənistanda koronavirusun yeni ştamı aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, son 7 gün ərzində 71 koronavirusa yoluxma halı qeydə alınıb.

 

Ermənistanda "Omicron"un BA.2.86 (Pirola) variantı da aşkarlanıb.

 

BA.2.86 variantı ilk dəfə dünyada 2023-cü ilin avqustunda aşkar edilib. Onun ictimai sağlamlığa potensial təsirini daha yaxşı başa düşmək üçün hazırda araşdırmalar aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi