Modern.az

Bəzi üçüncü tərəflər bölgədə destruktiv fəaliyyət göstərir

Bəzi üçüncü tərəflər bölgədə destruktiv fəaliyyət göstərir

Dünya

1 Dekabr 2023, 20:58

Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında bildirib.

 

Nazir post-münaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

 

Xarici işlər naziri 19 sentyabr tarixində keçirilmiş antiterror tədbirlərini səciyyələndirən amillər barədə məlumat verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi