Modern.az

Zaporojye AES-də yenidən nasazlıq yarandı

Zaporojye AES-də yenidən nasazlıq yarandı

Dünya

2 Dekabr 2023, 13:30

Zaporojye Atom Elektrik Stansiyası xarici enerji mənbəyindən ayrılaraq dizel generatorlarına keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi bəyanat yayıb. 

 

Zaporojya AES nasazlıqdan sonra yenidən xarici enerji mənbəyinə qoşulub: "Stansiya müvəqqəti olaraq xarici enerji mənbəyindən ayrılıb. Bağlantı bərpa olunana qədər stansiyanın təhlükəsizliyini təmin etmək üçün dizel generatorları elektrik enerjisi verib. Bu, münaqişə zamanı baş verən səkkizinci təfərrüatlı insidentdir". 

 

Hadisənin səbəbləri açıqlanmır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu