Modern.az

Ərdoğandan Vaşinqtona haqlı İTTİHAM

Ərdoğandan Vaşinqtona haqlı İTTİHAM

2 Dekabr 2023, 14:48

“Başda ABŞ olmaqla bir çox Qərb dövlətləri Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasına çalışır”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasından qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

 

O bildirib ki, ABŞ pulunun ödənilməsinə baxmayaraq, hələ də Türkiyəyə F-16 qırıcı təyyarələrini vermir: “Amma Yunanıstana bu qırıcılar göndərilir. Biz yolumuza davam edəcəyik. Əlbəttə, mövqelərimizdə fərqliliklər var. Həlli dərhal mümkün olmayan problemlər də mövcuddur. Amma o problemləri həll edə biləcək tezislərə də sahibik”.

 

R.T.Ərdoğan söyləyib ki, yeni bir dövr başlayarsa, hər kəs verdiyi vədi yerinə yetirərsə, xarici təsirlər neytrallaşarsa, bundan hamı qazanar: “Bizim xarici siyasətimiz “daim biz qazanaq, qarşımdakı uduzsun” prinsipi üzərində qurulmayıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!