Modern.az

Müharibələr problemləri həll etmir - Roma Papası

Müharibələr problemləri həll etmir - Roma Papası

2 Dekabr 2023, 16:10

Roma Papası Fransisk hərbi sənayeyə cəlb olunan vəsait hesabına aclıqla mübarizə üzrə beynəlxalq fondun yaradılmasını təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə pontifikin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında səsləndirilən çıxışında deyilir.

 

Papa Fransisk səhhətinə görə konfransda iştirak edə bilməyib. Onun çıxışını Müqəddəs Taxt-Tacın nümayəndə heyətinə rəhbərlik edən Vatikanın dövlət katibi kardinal Pietro Parolin səsləndirib.

 

“Bəşəriyyət dünyada baş verən müharibələrə çoxlu enerji sərf edir. Müharibələr problemləri həll etmir, əksinə, onların artmasına səbəb olur. Ümumi evimizi məhv edən silahlara nəhəng resurslar xərclənir. Hərbi məqsədlər üçün ayrılan vəsait hesabına iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrdə aclığın aradan qaldırılması və davamlı inkişaf layihələri üçün beynəlxalq fondun yaradılmasını təklif edirəm”, - deyə çıxışın mətnində bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada