Modern.az

İran Naxçıvana yeni konsul göndərdi

İran Naxçıvana yeni konsul göndərdi

3 Dekabr 2023, 21:18

İran Naxçıvana yeni Baş konsul təyin edib.

 

Modern.az xəbər verir ki, Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub.

 

O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib.

 

Yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb.

 

Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri