Modern.az

Britaniya gəmisinə hücum edildi

Britaniya gəmisinə hücum edildi

3 Dekabr 2023, 21:42

Britaniya ticarət gəmisi Qırmızı dənizdə hücuma məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Əl-Hədat" telekanalı məlumat yayıb.

 

Gəmiyə Yəməndən pilotsuz uçuş aparatı ilə hücum olunub. Gəminin Bab əl-Məndeb boğazında atəşə tutulduğu qeyd edilir.

 

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti hadisə ilə bağlı məlumatı təsdiqləsə də, gəminin raket atəşinə tutulduğunu, ekipajın isə hücum zamanı gəminin gövdəsində gizlənərək sağ qaldığını açıqlayıb.

 

Hücumun Yəməndəki husi qiyamçıları tərəfindən həyata keçirildiyi qeyd olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı