Modern.az

Ərdoğan Qətərə gedir

Ərdoğan Qətərə gedir

Dünya

4 Dekabr 2023, 08:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 4-də Qətərə iki günlük səfər edəcək.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

 

Rəcəb Tayyib Ərdoğan Qəzzada humanitar sülhün bərpası və döyüşlərin dayandırılmasında vasitəçilik rolunu oynamış Qətər əmiri ilə daimi atəşkəsin əldə olunmasını müzakirə edəcək.

 

Səfər zamanı iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri gündəmdə olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi