Modern.az

Hindistanda hərbi təyyarə qəzaya UĞRADI

Hindistanda hərbi təyyarə qəzaya UĞRADI

Dünya

4 Dekabr 2023, 10:26

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki zabitin olduğu təlim təyyarəsi ölkənin cənubundakı Telanqana ştatının Medak dairəsində qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistan HHQ məlumat yayıb.

 

"Pilatus PC-7 Mk II” təyyarəsi bu səhər adi təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan hər iki pilot ölümcül xəsarət alıb", - HHQ “X” sosial şəbəkəsində bildirib.

 

Məlumata görə, qəza zamanı təyyarədə təlimçi və təcrübəçi pilot olub. Onlar HHQ Akademiyasının bazasından havaya qalxıblar. İstintaq komissiyası qəzanın səbəblərini araşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi