Modern.az

Rusiya-Gürcüstan İşgüzar Şurasının iclası keçirilib

Rusiya-Gürcüstan İşgüzar Şurasının iclası keçirilib

Dünya

4 Dekabr 2023, 12:04

RF İnquşetiya Respublikasında Rusiya-Gürcüstan İşgüzar Şurasının iclası keçirilib.

 

Modern.az "Exo Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə İnquşetiya Respublikası hökuməti məlumat verib.

 

Görüş “Rusiya-Gürcüstan münasibətlərində turizm və mədəni dəyərlərə” həsr olunub. Bildirilib ki, tərəflər nəqliyyat əlaqələrinin təşkili, gənclər festivalının keçirilməsi, birgə arxeoloji ekspedisiyanın yaradılması və s. barədə müzakirə aparıblar. Görüş iştirakçıları İnquşetiyadan Gürcüstana yeni dəmir yolunun tikintisinə başlanılan yerə baş çəkiblər.

 

İnquşetiyadan Gürcüstana dəmir yolunun mümkün tikintisi ilə bağlı müzakirələr bu ilin payızında intensivləşib. Xüsusilə, Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko bu barədə danışıb. Gürcüstan hökuməti bu təşəbbüsə münasibət bildirməyib.

 

İnquşetiya Ticarət və Sənaye Palatası əvvəllər dəmir yolu xəttinin təklif olunan marşrutu ilə bağlı qeyd edib ki, layihənin məqsədi Rusiya Federasiyası ilə Gürcüstan Respublikası arasında Baş Qafqaz silsiləsi vasitəsilə sabit nəqliyyat dəmir yolu əlaqəsi yaratmaqdır. Həmçinin yük və sərnişin daşımalarının marşrutunu qısaltmaq da buraya daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi