Modern.az

Bolqarıstan Ukraynaya hərbi yardım göndərəsi olmadı - Prezident vetosu...

Bolqarıstan Ukraynaya hərbi yardım göndərəsi olmadı - Prezident vetosu...

Dünya

4 Dekabr 2023, 13:56

Bolqarıstan prezidenti Rumen Radev zirehli transportyorların tədarükü ilə bağlı Ukrayna ilə razılaşmaya veto qoyub.

 

Modern.az xəbər verir ki,  sazişin yenidən baxılması üçün parlamentə qaytarılması nəzərdə tutulub.

 

"Ukraynaya verilən zirehli, bütün yerüstü nəqliyyat texnikası Bolqarıstan sərhədini qorumaq və fəlakətlər və qəzalar zamanı əhaliyə yardım göstərmək üçün istifadə edilə bilər. Əsas prioritet Bolqarıstan vətəndaşlarının həyatı və sağlamlığı olmalıdır", - Bolqarıstan prezidenti deyib.

 

Bundan əvvəl deputatlar Bolqarıstan Daxili İşlər Nazirliyi ilə Ukrayna Müdafiə Nazirliyi arasında zirehli nəqliyyat vasitələrinin pulsuz verilməsi haqqında sazişi təsdiqləyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok