"Ermənistan silah müqabilində pul almadığına görə Rusiya Federasiyasını məhkəməyə vermək niyyətində deyil".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan deyib.
"Silahların çatdırılması olmayıb, amma məhkəməyə getməyəcəyik. Düşünürəm ki, tərəfdaşlıq çərçivəsində məsələ həllini tapacaq", - o qeyd edib.
Ermənistan yüksək texnologiyalar nazirinin müavini Avet Poqosyan isə "Armenpress"ə bildirib ki, Ermənistanda Rusiya kanallarının yayımı məsələsi ilə bağlı tərəflərin məsləhətləşmələri dekabrın ortalarına planlaşdırılıb.