Modern.az

Lavrov türkmənistanlı həmkarı ilə danışıqlar apardı

Lavrov türkmənistanlı həmkarı ilə danışıqlar apardı

Dünya

4 Dekabr 2023, 17:30

Rusiya XİN başçısı Sergey Lavrov Türkmənistan Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Reşit Meredovla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi informasiya resurslarında məlumat yayılıb.

 

Görüş Xəzəryanı ölkələrin XİN başçılarının toplantısı çərçivəsində baş tutub. Söhbət zamanı ikitərəfli əlaqələrin aktual məsələləri, o cümlədən nəzərdə tutulmuş təmasların qrafiki, beynəlxalq arenada qarşılıqlı birgə fəaliyyət mövzuları müzakirə olunub.

 

Moskva və Aşqabad arasında əməkdaşlığın inkişafı və Rusiya-Türkmənistan stratji tərəfdaşlığının möhkəmləndirilməsi ilə bağlı iki tərəfin iradəsi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi