Modern.az

AKP sədrinin müavini Azərbaycanı təbrik etdi 

AKP sədrinin müavini Azərbaycanı təbrik etdi 

Dünya

4 Dekabr 2023, 17:42

Türkiyə-Azərbaycan münasibətlərinin dünyada ikinci nümunəsi yoxdur.

 

Modern.az xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan AKP-nin sədrinin müavini Zafer Sırıkaya deyib. 

 

"Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həmçinin, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. Əminəm ki, bu ifadələr yalnız söz qalmır, öz əlimizdə də sübuta yetiririk.

 

Bundan əlavə Yeni Azərbaycan Partiyası vasitəsilə 6 fevral baş verən zəlzələdə qardaş Azərbaycan xalqının göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Həqiqətən də gördük ki, dost dar gündə tanınar. 

 

Bizim qardaşlığımız bölgədə daimi sabitliyin göstəricisidir. 

 

44 günlük müharibədə, eyni zamanda, bu il sentyabrın 19-da başlanan antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tamamilə bərpa etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. İnanıram ki, bu dostluğumuz daimi olacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi