Modern.az

Qriqoryan Baydenin müşaviri ilə sülhü müzakirə etdi

Qriqoryan Baydenin müşaviri ilə sülhü müzakirə etdi

5 Dekabr 2023, 11:32

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüş keçirib.

 

Modern.az xəbər verir ki, Qriqoryan bununla bağlı sosial şəbəkədə paylaşım edib.

 

Görüş TŞ katibinin ABŞ-a səfəri çərçivəsində Ağ Evdə gerçəkləşdirilib. Tərəflər iqtisadiyyat və təhlükəsizlik sahələrindəki mövzular ətrafında fikir mübadiləsi aparıblar.

 

Qeyd olunub ki, regiondakı təhlükəsizlik məsələləri, eləcə də Ermənistan-Azərbaycan normallaşması və sülh prosesi müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...