Rusiyanın paytaxtı Moskva şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.
Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova öz teleqram kanalında görüşdən foto paylaşıb.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran XİN başçılarının iştirak etdiyi görüşdə Xəzər dənizi ilə bağlı bir sıra məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.