Modern.az

Zelenski senatorlarla gizli danışıqlar aparacaq

Zelenski senatorlarla gizli danışıqlar aparacaq

Dünya

5 Dekabr 2023, 14:24

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski amerikalı senatorlarla təhlükəsiz videokonfrans vasitəsilə gizli brifinq keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə demokrat senator Çak Şumer bildirib.

 

Senatorun sözlərinə görə, Zelenski onları Ukraynadakı müharibə vəziyyəti, həmçinin əlavə hərbi yardıma ehtiyac barədə məlumatlandırmalıdır.

 

Müzakirələr Senatda Ukrayna üçün 61 milyard dollarlıq paketin ayrılması ilə bağlı səsvermədən bir gün əvvəl baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu