Modern.az

Qaribaşvili ABŞ rəsmisi ilə əməkdaşlığı müzakirə etdi 

Qaribaşvili ABŞ rəsmisi ilə əməkdaşlığı müzakirə etdi 

Dünya

5 Dekabr 2023, 18:29

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət katibinin köməkçisinin müavini Coş Huk (Josh Huck) ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyasından məlumat verilib.

 

Bildirilib ki, görüşdə Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın gündəliyi nəzərdən keçirilib, müxtəlif sahələrdə mövcud əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

 

Müzakirə olunan məsələlər arasında regional təhlükəsizlik məsələləri də yer alıb. Baş nazir qlobal çağırışlar qarşısında münaqişələrin sülh yolu ilə həllinin və səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərində təhlükəsizlik və humanitar vəziyyət də müzakirə olunub. İrakli Qaribaşvili ölkəsinin suverenliyi, ərazi bütövlüyü və Avropaya inteqrasiya yolunda ABŞ-ın açıq dəstəyinə görə təşəkkürünü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi