İsrail ordusu Qəzza zolağının cənubundakı ən böyük şəhər olan Xan Yunisin mərkəzinə çatıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman bildirib.
Kəşfiyyat məlumatlarına görə, HƏMAS yaraqlılarının əksəriyyəti bu şəhərdə yerləşib.
“Bu axşama kimi biz Xan Yunisin tam mərkəzindəyik”, - Finkelman deyib.
O qeyd edib ki, bugünkü döyüşlər Qəzzada quru əməliyyatı başlayandan bəri "ən gərgin" döyüş olub.