Modern.az

İsrailin Qəzzada 138 girovu qalıb

İsrailin Qəzzada 138 girovu qalıb

Dünya

6 Dekabr 2023, 08:56

İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında 138 nəfəri girov saxlamağa davam etdiyini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Silahlı Qüvvələrin nümayəndəsi Daniel Həqariyə istinadla məlumat yayıb.

 

Onun sözlərinə görə, oktyabrın 7-dən itkin düşmüş hesab edilən bir nəfər hazırda HƏMAS-ın 138 girovu arasındadır. İsrail ordusunun bəyanatında deyilir ki, Qəzzada saxlanılanlar arasında 20 qadın və uşaq var.

 

Qeyd edək ki, HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında noyabrın 24-dən 4 günlük humanitar atəşkəs haqqında razılığa gəlmişdi. Razılaşmada azad edilən hər bir qadın və uşaq girovunun müqabilində İsrailin üç fələstinli qadın və uşağı həbsdən azad etməsi nəzərdə tuturdu. Tərəflər atəşkəsi bir neçə dəfə uzadıblar, lakin dekabrın 1-i səhər saatlarında İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və Qəzzada yenidən hərbi əməliyyatlara başlayacağını açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi