Modern.az

Lex Valensa koronavirusa yoluxdu

Lex Valensa koronavirusa yoluxdu

Dünya

6 Dekabr 2023, 09:28

Polşanın sabiq lideri Lex Valensa koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb.

 

“COVID məni vurdu”, - o, xəstəxana çarpayısından fotosuna belə yazıb.

 

Lex Valensa Polşa dövlət və siyasət xadimidir. O, Solidarnost"un (Həmrəylik) müstəqil həmkarlar təşkilatının yaradıcılarından biridir. 1990—1995-ci illərdə Polşaya rəhbərlik edən siyasətçi 1983-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi