Modern.az

Ərdoğan "bir gecə qəfil gələ bilərik" sözlərinə aydınlıq gətirdi

Ərdoğan

Dünya

6 Dekabr 2023, 11:24

"Yunanıstanla “qazan-qazan” prinsipinə əsaslanan münasibətlərdə yeni səhifə açmağı səbirsizliklə gözləyirik".

 

Modern.az xəbər verir ki, bunu Yunanıstan səfərindən əvvəl bu ölkənin "Kathimerini" nəşrinə müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Qarşılıqlı xoş niyyət əsasında dialoq yolu ilə həll edə bilməyəcəyimiz problem yoxdur. Həll edilməli olan bir-biri ilə əlaqəli bir çox problem var", - o qeyd edib.

 

“Bir gecə qəfil gələ bilərik” ifadəsi ilə bağlı suala aydınlıq gətirən Ərdoğan bunun Türkiyənin təhlükəsizliyini təhdid edən terror ünsürləri ilə əlaqəli deyildiyini ifadə edib: "Sözlərimi təhrif etməyə çalışırlar".

 

“Üstəlik, biz qonşuyuq, qonşu olaraq qalacağıq, bir-birimizin hüquqlarına və həyati maraqlarına qarşılıqlı hörmətlə yanaşmalıyıq", - Ərdoğan əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi