Modern.az

Blinken Çin XİN başçısı ilə Yaxın Şərqi müzakirə etdi

Blinken Çin XİN başçısı ilə Yaxın Şərqi müzakirə etdi

Dünya

6 Dekabr 2023, 11:38

ABŞ-ın dövlət katibi Antoni Blinken Çin XİN başçısı Vanq Yi ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

 

Qeyd olunub ki, əsas müzakirə mövzusu Yaxın Şərqlə bağlı olub. Həmsöhbətlər nizamlanma ilə əlaqədar bir sıra məsələləri müzakirə ediblər. Konfliktin genişlənməsinin yolverilməzliyi vurğulanıb.

 

Həmçinin Qırmızı dənizdə təhlükəsizliyin təmin olunmasının vacibliyinə diqqət çəkilib.

 

Xatırladaq ki, Qırmızı dənizdə Yəməndəki Husi qruplaşması tərəfindən gəmiyə hücum hadisəsi baş vermişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi