Modern.az

Ermənistanla Rusiyanı birləşdirən yol yenə BAĞLANDI

Ermənistanla Rusiyanı birləşdirən yol yenə BAĞLANDI

Dünya

6 Dekabr 2023, 11:48

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri və avtomobillər üçün bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

 

Digər nəqliyyat növlərinin hərəkəti isə uçquna davamlı tunellər vasitəsilə davamlı olaraq həyata keçirilir.

 

Bu gün və sabah Gürcüstanın yüksək dağlıq ərazilərində qar, çovğun, buz, duman olacaq, uçqun təhlükəsi yaranacaq: "Bütün Gürcüstanda havalar soyuyur, yağış yağır".

 

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi