Modern.az

Ukrayna qəhrəmanları və ailə üzvlərinə ev veriləcək

Ukrayna qəhrəmanları və ailə üzvlərinə ev veriləcək

Dünya

6 Dekabr 2023, 12:26

"Ukrayna qəhrəmanları və onların ailə üzvləri dövlətdən pulsuz mənzil alacaqlar".

 

Modern.az xəbər verir ki, bu təşəbbüslə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

 

O, Kiyevdə Ukrayna hərbçiləri və onların ailə üzvləri ilə görüşdə ilk mənzillərin sənədlərini təqdim edib.

 

“Ukrayna Ukraynanı qoruyanları qoruyur”, - deyə Zelenski bildirib.

 

Yeni təşəbbüsə əsasən, 2014-cü ildə müharibə başlayandan Ukrayna Qəhrəmanı və ya “Qızıl Ulduz” ordeni sahibi olmuş hərbi qulluqçular və ya onların ailələri öz mənzillərini alacaqlar.

 

Zelenskinin sözlərinə görə, 24 fevral 2022-ci ildən Ukrayna Qəhrəmanı adı, 360 vətəndaşa verilib, onlardan 210-u ölümündən sonra alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi