Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 335 mini ötdü

Rusiyanın Ukraynadakı itkiləri 335 mini ötdü

6 Dekabr 2023, 13:46

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1270 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 335 110 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 40 zirehli döyüş maşını, 37 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı